\”Bizim siyasətimiz milli maraqlar üzərində qurulub\”.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
Dövlət başçısı vurğulayıb ki, xalqın maraqları bizim siyasətimizin mənbəyidir. Prezident İlham Əliyev bugünkü uğurların əsasında xalq-iqtidar həmrəyliyinin dayandığını, ölkəmizin beynəlxalq nüfuzunun və mövqelərinin daha da möhkəmləndiyini bildirib.
İnterpress.az