Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
İnterpress.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
\”Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən xoş arzularımı və təbriklərimi çatdırıram.
Arzu edirəm ki, qarşıdakı illər Sizin və ölkəniz üçün firavan və xoşbəxt illər olsun\”.
İnterpress.az