Yüksək balla işə qəbul olan müəllimlər – Hamı onlardan danışır – SİYAHI – FOTObackend

Yüksək balla işə qəbul olan müəllimlər – Hamı onlardan danışır – SİYAHI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edib yüksək nəticə əldəe dən müəllimlərin sayı açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib.

Müsabiqədən sonra boş qalan yerlərə müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçimi keçirilib və bu proses başa çatıb.

Qeyd edək ki, avqustun 30-da vakansiya seçimi zamanı elektron yerləşdirilmədə uğur qazanmış namizədlərin müsahibəsi keçiriləcək.

İnterpress.az müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayaraq işə qəbul olan müəllimlərin siyahısını təqdim edir. Aşağıdakı infoqrafikada birinci mərhələdə yüksək nəticə göstərərək müəllim adını qazanmış namizədlərlə tanış olmaq mümkündür:

1) Sevin Gülmalıyeva – Tarix müəllimi (59 bal) – Bakı şəhər 239 nömrəli tam orta məktəbi
2) Əsmər Babyeva – Biologiya müəllimi (59 bal) – Bakı şəhəri 252 nömrəli tam orta məktəbi
3) Xəyalə Hüseynli – İbtidai sinif müəllimi (59 bal) – Bakı şəhəri 20 nömrəli tam orta məktəbi
4) Mehdi Səfərov – Tarix müəllimi (58 bal) – Goranboy rayonu Zeyvə kənd S.Məmmədov adına tam orta məktəbi
5) Afaq Şahbazlı – İngilis dili müəllimi (57 bal) – Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi
6) İlyas Xalıqverdiyev – Kimya müəllimi (57 bal) – Tovuz rayonu Alakol kənd 1 nömrəli tam orta məktəbi

Yüksək balla işə qəbul olan müəllimlər - Hamı onlardan danışır - SİYAHI - FOTO

Səid Qərib
İnterpress.az