Azər­bay­can di­as­po­ru dün­ya­nın in­ki­şaf et­miş di­as­por­la­rı sı­ra­sın­da­dırbackend

Azər­bay­can di­as­po­ru dün­ya­nın in­ki­şaf et­miş di­as­por­la­rı sı­ra­sın­da­dır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ar­zu Oq­tay: Di­as­por təş­ki­lat­la­rı­mı­zın xa­ric­də il­də bir də­fə anım gün­lə­rin­də ak­si­ya ke­çir­mə­si yer­li sa­kin­lə­ri ma­raq­lan­dır­mır

Bu gün xa­ric­də ya­şa­yan azər­bay­can­lı­lar ay­rı-ay­rı təş­ki­lat­lar­da bir­lə­şib­lər. Son za­man­lar isə bu cür təş­ki­lat­lar bir ad al­tın­da fəa­liy­yə­tə üs­tün­lük ve­rir­lər. Be­lə qu­rum­lar­dan bi­ri djə 14 il­dir fəa­liy­yət­də olan Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­dir (AAK).

AAK-ın tə­sis kon­fran­sı 2004-cü il ap­re­lin 17-də Ber­lin şə­hə­rin­də ke­çi­ri­lib. Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin yük­sək sə­viy­yə­də ke­çi­ril­miş tə­sis konf­ran­sın­da dün­ya­nın 28 öl­kə­sin­dən 50-dən ar­tıq di­as­por təş­ki­lat­la­rın­dan 264 nü­ma­yən­də qa­tı­lıb. Konf­rans­da Ru­si­ya Fe­de­ra­si­ya­sı, Uk­ray­na, Be­la­rus, İs­veç, İs­veç­rə, Nor­veç, Da­ni­mar­ka, Fran­sa, Hol­lan­di­ya, Avs­tri­ya, Çe­xi­ya, Bol­qa­rıs­tan, Ru­mı­ni­ya, Ma­ca­rıs­tan, Bel­çi­ka, Fin­lan­di­ya, Pol­şa, Es­to­ni­ya və Al­ma­ni­ya­da­kı Azər­bay­can ic­ma­la­rı­nın nü­ma­yən­də­lə­ri, Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­si­nin, Al­ma­ni­ya Bun­des­ta­qı­nın üzv­lə­ri, ey­ni za­man­da Azər­bay­can Res­pub­li­ka­sı­nın nü­ma­yən­də he­yə­ti iş­tirk edib­lər. Konf­rans­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin təd­bir iş­ti­rak­çı­la­rı­na təb­rik mək­tu­bu oxu­nub. Tə­sis konf­ran­sın­da Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin Ni­zam­na­mə­si qə­bul edi­lib və qu­ru­mun rəh­bər or­qan­la­rı se­çi­lib. Ki­fa­yət qə­dər sə­mə­rə­li mü­za­ki­rə­lər şə­rai­tin­də keç­miş tə­sis konf­ran­sı­nın so­nun­da 50-dən ar­tıq ic­ma və bir­lik­lə­rin iş­ti­ra­kı ilə rəs­mi ra­zı­lıq pro­to­ko­lu im­za­lan­mış və təd­bir iş­ti­rak­çı­la­rı­nın Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­və mü­ra­ciə­ti qə­bul olu­nub.

Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin II Qu­rul­ta­yı 2007-ci il mar­tın 10-da Ba­kı­da ke­çi­ri­lib. Qu­rul­ta­yın işin­də Av­ro­pa­nın 30-dan çox öl­kə­sin­də fəa­liy­yət gös­tə­rən 84 Azər­bay­can di­as­por təş­ki­la­tın­dan 139 nü­ma­yən­də iş­ti­rak edib. Qu­rul­tay­da Azər­bay­can ic­ma­la­rı­nın türk di­as­po­ru ilə əmək­daş­lıq im­kan­la­rı və di­gər mə­sə­lə­lər də diq­qət mər­kə­zin­də olub. Qu­rul­ta­yın Qət­na­mə­si­nə uy­ğun ola­raq 2007-ci ilin ma­yın­da Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin 2007-2009-cu il­lə­ri əha­tə edən fəa­liy­yət proq­ra­mı ha­zır­la­nıb və 2007-ci ilin iyu­lun­da İc­ra­iy­yə Ko­mi­tə­si­nin Ber­lin­də ke­çi­ri­lən ic­la­sın­da təs­diq edi­lib. Top­lan­tı­da tə­sis qu­rul­ta­yın­dan ke­çən dövr ər­zin­də təş­ki­la­tın fəa­liy­yə­ti­nə həsr olun­muş he­sa­bat mə­ru­zə­si din­lə­ni­lib. Təd­bir­də AAK-ın Av­ro­pa­da­kı di­as­por fəa­liy­yə­ti­nin ge­niş­lən­di­ril­mə­si, bu­ra­da­kı soy­daş­la­rı­mı­zın ide­ya-si­ya­si bir­li­yi­nin da­ha da güc­lən­di­ril­mə­si, qi­tə­də­ki Azər­bay­can dər­nək­lə­ri­nin, ic­ma­la­rı­nın, fe­de­ra­si­ya­la­rı­nın və baş­qa di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin ko­or­di­na­si­ya im­kan­la­rı­nın ar­tı­rıl­ma­sı mə­sə­lə­lə­ri ge­niş mü­za­ki­rə olu­nub. Bun­dan baş­qa, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li yo­lun­da döv­lə­ti­mi­zin əda­lət­li möv­qe­yi­nin Av­ro­pa­nın apa­rı­cı öl­kə­lə­rin­də dəs­tək­lən­mə­si və bu sa­hə­də cid­di ad­dım­la­rın atıl­ma­sı ilə bağ­lı da tək­lif­lər səs­lən­di­ri­lib.

AAK-ın III Qu­rul­ta­yı 2009-cu ilin ap­re­lin­də ke­çi­ri­lib. Qu­rul­tay­da Av­ro­pa­nın 25 öl­kə­sin­dən nü­ma­yən­də və qo­naq­lar iş­ti­rak edib. Təd­bir­də AAK-ın II qu­rul­ta­yın­dan ke­çən dövr ər­zin­də gö­rül­müş iş­lər­lə bağ­lı səd­rin he­sa­bat mə­ru­zə­si din­lə­nil­miş, təş­ki­la­tın bun­dan son­ra­kı fəa­liy­yə­ti ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rıl­mış, müx­tə­lif ide­ya və tək­lif­lər irə­li sü­rü­lüb. Top­lan­tı­da Av­ro­pa­da­kı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı, ic­ma­la­rın fəa­liy­yə­ti­nin ko­or­di­na­si­ya edil­mə­si, Azər­bay­can hə­qi­qət­lə­ri­nin Av­ro­pa ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı, soy­daş­la­rı­mı­zın hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə­si ilə bağ­lı qə­rar­lar qə­bul edi­lib.

AAK-ın IV qu­rul­ta­yı 29 ap­rel 2012-ci il­də Al­ma­ni­ya­nın pay­tax­tı Ber­lin­də, ötən il fev­ra­lın 27-də Ni­der­land Kral­lı­ğı­nın Ams­ter­dam şə­hə­rin­də V qu­rul­ta­yı, bu ilin fev­ra­lın­da isə VI qu­rul­ta­yı ke­çi­ri­lib. AAK-ın pre­zi­den­ti Be­ni­lüks Azər­bay­can­lı­la­rı Kon­kre­si­nin səd­ri Sa­hil Qa­sı­mov­dur.

Ümu­miy­yət­lə, fəa­liy­yət­də ol­du­ğu 14 il ər­zin­də AAK han­sı iş­lə­ri gö­rüb, bun­dan son­ra gö­rü­lə­cək iş­lər han­sı­lar­dır? \”Eks­press\”in bu və baş­qa su­al­la­rı­nı Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin baş ka­ti­bi, Fin­lan­di­ya Azər­bay­can As­so­sia­si­ya­sı­nın vit­se-pre­zi­den­ti Ar­zu Oq­tay ca­vab­lan­dı­rır.

– Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti­ni ne­cə də­yər­lən­di­rir­si­niz?

– Bil­di­yi­miz ki­mi, 90-cı il­lə­rin əv­vəl­lə­rin­dən Ulu ön­dər Hey­dər Əli­ye­vin əmə­yi­nin nə­ti­cə­si ola­raq Azər­bay­can di­as­po­ru­nun tə­şək­kü­lü, xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı­na tə­kan ver­di, ürə­yin­də və­tə­nə­ni­nə, tor­pa­ğı­na, mil­lə­ti­nə sev­gi­si olan 50 mil­yon azər­bay­can­lı­nın bir ara­ya gəl­mə­si­nə sə­bəb ol­du.

Bu­nun­la da Av­ro­pa­da ya­şa­yan azər­bay­can­lı­lar əgər əv­vəl­lər ya­şa­dıq­la­rı öl­kə­lər­də ki­çik təş­ki­lat­lar ha­lın­da il­də bir də­fə top­laş­maq­la fəa­liy­yət gös­tə­rir­di­lər­sə, il­lər keç­dik­cə for­ma­la­şan Azər­bay­can di­as­por təş­ki­lat­la­rı Azər­bay­ca­nın ta­nı­dıl­ma­sı üçün Av­ro­pa qi­tə­sin­də bö­yük nü­fuz ama­lik olan Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si ət­ra­fın­da sıx bir­lə­şə­rək di­as­por fəa­liy­yət­lə­ri­ni da­vam et­di­rir­lər. Bu ba­xım­dan Azər­bay­can di­as­po­ru dün­ya­nın in­ki­şaf et­miş di­as­por­la­rı sı­ra­sın­da­dır.

– AAK-ın ya­ran­ma­sı han­sı zə­ru­rət­dən doğ­du?

– Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si Av­ro­pa­da 50-dən çox öl­kə­dən yüz­lər­lə Azər­bay­can təş­ki­lat­la­rı­nı özün­də bir­ləş­di­rən güc­lü bey­nəl­xalq təş­ki­lat­dır. AAK Azər­bay­can pre­zi­den­ti­nin ver­di­yi töv­si­yə­lə­rə uy­ğun ola­raq ar­tıq təş­ki­lat­lan­ma­dan lob­bi­çi­li­yə doğ­ru irə­li­lə­mə­yə, mü­da­fiə­dən hü­cu­ma keç­mə­yə start gö­tü­rüb.

Yu­xa­rı­da da qeyd et­di­yim ki­mi, əv­vəl­lər Azər­bay­can di­as­por təs­ki­lat­la­rı yal­nız öz ya­şa­dıq­la­rı öl­kə­lər­də fəa­liy­yət gös­tə­rir­lər. Müx­tə­lif öl­kə­lər­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı ara­sın­da əmək­daş­lıq zə­if idi. Bu­na gö­rə də 2004-il­də Al­man­ya­nın Ber­lin şə­hə­rin­də Av­ro­pa­da fəa­liy­yət gös­tə­rən di­as­por təş­kil­lat­la­rı­nı bir ara­ya gə­tir­mək, di­as­por­lar təş­ki­lat­la­rı ara­sın­da əla­qə­ni güc­lən­dir­mək, əmək­daş­lı­ğı möh­kəm­lən­dir­mək məq­sə­di ilə Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si tə­sis olun­du.

Be­lə­lik­lə, 14 il ər­zin­də Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nə 50 öl­kə­dən 130 di­as­por təş­ki­la­tı üzv ol­du. AAK bu il­lər ər­zin­də 6 qu­rul­tay ke­çi­rə­rək işi­ni da­ha tək­min­ləş­di­rib.

Hər qu­rul­tay ərə­fə­sin­də üzv təş­ki­lat­la­rı­nın sa­yı­nı­nı ar­tı­ra­raq ye­ni pre­zi­dent və ida­rə he­yə­ti ilə növ­bə­ti qurl­ta­ya­dək işi­ni da­vam et­di­rir. 2017-ci il mar­tın­dan isə AAK-ın ye­ni se­çil­miş pre­zi­den­ti və ida­rə he­yə­ti sa­yə­sin­də AAK ic­ti­mai-si­ya­si fə­al­lı­ğı sü­rət­lə art­ma­ğa baş­la­dı. Be­lə ki, ötən ilin no­yab­rın­da Brüs­sel­də AAK-ın ev­sa­hib­li­yi və Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin təş­ki­la­ti dəs­tə­yi ilə hə­ya­ta ke­çir­di­yi­miz \”Se­pa­ra­tiz­min bey­nəl­xalq sül­hə və təh­lü­kə­siz­li­yə ya­rat­dı­ğı təh­did­lər\” ad­lı bey­nəl­xalq fo­rum mü­hüm əhə­miy­yət kəsb edib.

AAK-ın ke­çən ilin yan­va­rın­da Lük­sem­burq De­pu­tat­lar Pa­la­ta­sın­da, ötən ilin sen­tyab­rın­da Uk­ray­na Ali Ra­da­sın­da, Av­ro­pa Par­la­men­tin­də müx­tə­lif Av­ro­pa öl­kə­lə­ri­nin de­pu­tat qrup­la­rı ilə ke­çir­di­yi gö­rüş­lər və mü­za­ki­rə­lər, bu ilin fev­ra­lın­da Fin­lan­di­ya par­la­men­tin­də və Xa­ri­ci İş­lər Na­zir­li­yin­də, may­da Var­şa­va­da, ATƏT-in De­mok­ra­tik Tə­si­sat­lar və İn­san Haq­la­rı Bü­ro­sun­da, ATƏT DTİHB-nin İn­san haq­la­rı de­par­ta­men­ti­nin rəh­bə­ri Ömər Fi­şer, De­mok­ra­tik­ləş­mə de­par­ta­men­ti­nin rəh­bə­ri Mar­tin Va­lets­ki və qu­ru­mun seç­ki üz­rə mə­ru­zə­çi­si Ra­di­vo­je Gru­jiç­lə, o cüm­lə­dən ca­ri ilin iyun ayın­da Bar­se­lo­na­da İs­pa­ni­ya Mü­da­fiə Na­zir­li­yi­nin Ka­ta­lo­ni­ya­da­kı nü­ma­yən­də­si pol­kov­nik Lu­is Qas­tue­ra No­vel­la, Ka­ta­lo­ni­ya Ali Məh­kə­mə­si­nin səd­ri An­to­nio Re­kio Kor­do­va və Ka­ta­lo­ni­ya Mux­ta­riy­ya­tı­nın Baş pro­ku­ro­ru Fran­sis­ko Ba­ne­res San­tosl­va gö­rüş­lər ke­çi­rib.

27.02.2018-ci il­də Ams­ter­dam­da ke­çi­ri­lən VI növ­bə­dən­kə­nar qu­rul­ta­yın­da isə AAK-ın fəa­liy­yə­ti­nin da­ha da ge­niş­lən­di­ril­mə­si məq­sə­dii­lə Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin ni­zam­na­mə­si­nə bir ne­çə əla­və­lər edi­lə­rək də­yi­şik­lik­lər olun­du. Bu də­yi­şik­lik­lə­rə əsa­sın­da AAK-ın ida­rə he­yə­ti­nə da­ha çox sə­lah­yyət­lər ve­ril­di. Bu sə­la­hiy­yət­lər­lə ida­rə he­yə­ti AAK-a üzv ol­maq is­tə­yən təş­ki­lat­la­rı üz­vü­lü­yə qə­bul et­mək və ya Konq­re­sin adı­na lə­kə gə­ti­rən hə­rə­kət­lə­rə yol ve­ril­dik­də hər han­sı bir təş­ki­lat və ya şəx­sin üzv­lü­yü­nə xi­tam ve­ril­mək hü­qu­qu əl­də edib.

– Təş­ki­la­tı­nı­zın di­gər di­as­por qu­rum­la­rı ilə əla­qə­lər han­sı sə­viy­yə­də­dir?

– AAK-ın ət­ra­fın­da sa­də­cə Av­ro­pa­da fəa­liy­yət gös­tə­rən təş­ki­lat­lar de­yil, həm­çi­nin iş adam­la­rı, Av­ro­pa­da olan ta­nın­mış si­ya­sət­çi­lər, elm və mə­də­niy­yət xa­dim­lə­ri, ta­nın­mış id­man­çı­lar və gənc­lər bir­lə­şib.

– Di­as­por Ko­mi­tə­si ilə işi­ni­zi ne­cə qu­rur­su­nuz?

– Bil­di­yi­miz ki­mi, ümum­mil­li li­der Hey­dər Əli­ye­vin 2002-ci ilin 5 iyul ta­ri­xin­də \”Xa­ric­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin ya­ra­dıl­ma­sı haq­qın­da\” fər­ma­na əsa­sən 2008-ci il­də Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti İl­ham Əli­ye­vin sə­rən­ca­mı ilə Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si ya­ra­dı­lıb. AAK fəa­liy­yə­ti­nə baş­la­dı­ğı ilk gün­dən Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si ilə sıx əmək­daş­lıq edir və bun­dan son­ra da əmək­daş­lıq edə­cək.

– Xa­ric­dən Azər­bay­can ne­cə gö­rü­nür?

– Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti İl­ham Əli­ye­vin apar­dı­ğı uğur­lu si­ya­si və iq­ti­sa­di is­la­hat­la­rı nə­ti­cə­sin­də Azər­bay­can çox güc­lü bir öl­kə, re­gio­nal döv­lət ki­mi xa­ric­də ta­nı­nır. Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­ti ar­tıq dün­ya bir­li­yin­də uğur­lu si­ya­sət ki­mi ta­nı­nır. Xa­ric­də ya­şa­yan hər bir azər­bay­can­lı da bu­nun­la öz öl­kə­si ilə fəxr edir.

– Qa­ra­bağ hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı üçün di­as­por təş­ki­lat­la­rı nə et­mə­li­dir? Bu sa­hə­də atı­lan ad­dım­lar si­zi qa­ne edir­mi?

– Xa­ric­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı ya­şa­dıq­la­rı öl­kə­lər­də Qa­ra­bağ hə­qi­qət­lə­ri­ni il­də bir də­fə ol­maq­la anım gü­nü qeyd et­mə­lə­ri və ya nü­ma­yiş şək­lin­də kü­çə­lə­rə çıx­ma­la­rı yer­li sa­kin­lə­ri ma­raq­lan­dır­mır, hət­ta qı­cıq­lan­dı­rır de­səm, ya­nıl­ma­ram. Fik­rim­cə, Qa­ra­bağ hə­qi­qət­lə­ri­ni poe­zi­ya, mə­də­niy­yət, mu­si­qi di­li ilə təb­liğ et­mək la­zım­dır. Axı, Qa­ra­ba­ğı­mı­zın qə­dim və zən­gin ta­ri­xi, mə­də­niy­yə­tı, mu­si­qi­si, mət­bə­xi var. Qa­ra­bağ­la bağ­lı poe­zi­ya ge­cə­lə­ri, mə­də­niy­yət gün­lə­ri, mu­si­qi ge­cə­lə­ri təş­kil et­mək­lə Qa­ra­bağ hə­qi­qət­lə­ri­ni da­ha yax­şı təb­liğ et­mək olar. Ne­cə ki, Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nin təş­ki­lat­çı­lı­ğı ilə bu ilin fev­ra­lın­da Ni­der­land Kral­lı­ğı­nın pay­tax­tı Ams­ter­dam­da Xo­ca­lı soy­qı­rı­mı­nın 26-cı il­dö­nü­mü ilə əla­qə­dar kon­sert-rek­vi­yem ke­çi­ril­di.

Ams­ter­dam şə­hə­ri­nin \”De Ro­de­Ho­ed\” Mər­kə­zin­də sim­fo­nik or­kestr Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət him­ni­ni səs­lən­dir­mək­lə rek­vi­yem-kon­ser­ti açıq elan et­di. Da­ha son­ra Hey­dər Əli­yev Fon­du­nun \”Xo­ca­lı­yaə­da­lət!\” bey­nəl­xalq mə­lu­mat­lan­dır­ma kam­pa­ni­ya­sı çər­çi­və­sin­də ha­zır­lan­mış qı­sa fil­min təq­di­ma­tı ke­çi­ril­di. Rek­vi­yem-kon­sert­də Azər­bay­can və dün­ya klas­sik­lə­ri­nin əsər­lə­ri ilə ya­na­şı, bəs­tə­kar-pia­no­çu Abu­zər Ma­na­fo­vun \”Xo­ca­lı­ya\” əsə­ri, Azər­bay­can xalq mah­nı­sı \”Sa­rı gə­lin\” və di­gər mu­si­qi­lər səsn­lən­di­ril­di.

Təd­bir­də iş­ti­rak edən Vya­na Kon­ser­va­to­ri­ya­sı­nın tə­lə­bə­si, so­list Oni­dia Dan­ger Xo­ca­lı soy­qı­rı­mı ilə bağ­lı Azər­bay­can xal­qı­nın kə­də­ri­ni bö­lüş­dü­yü­nü de­yə­rək, xal­qı­mı­za bir da­ha be­lə fa­ciə ilə üz­ləş­mə­mə­yi və sülh ar­zu­la­dı.

Rek­vi­yem-kon­sert­də iş­ti­rak edən Hol­lan­di­ya­nın ic­ti­mai-si­ya­si xa­dim­lə­ri, və­tən­daş cə­miy­yə­ti­nin nü­ma­yən­də­lə­ri Qa­ra­bağ hə­qi­qət­lə­ri haq­qın­da bu qə­dər dol­ğun də­qiq mə­lu­ma­tı mu­si­qi di­li ilə ala bil­dik­lə­ri üçün kon­ser­tin təş­ki­lat­çı­la­rı­na tə­şək­kür et­di­lər.

İnterpress.az