Suriyalı qadınlar üçün İstanbul, İzmir və Ankaradan belə gələnlər var.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti yazıb. Qəzetin məqaləsinə görə, bu məsələnin bir tərəfi mənzillərini suriyalı qaçqınlara kirayə verən Mehmet E. adlı şəxsə gedib çıxır. Həmin adam istəyən şəxslərə kataloq vasitəsilə günü tapır. Mehmetdə qızların şəkillərindən ibarət kataloq var.
Günü qızlar üçün hətta İstanbul və İzmirdən belə gələnlər var. Onlar müəyyən məbləğ qarşılığında qızlarla dini nikah bağlayırlar. Qızlarının əksəriyyətinin yaşı 18-dən aşağıdır. Bu cür evliliklər təkcə Kilisdə yox, Qaziantep və Şanlıurfa şəhərlərində də baş tutur.
Mehmet E.-nin sözlərinə görə, suriyalı qızları almaq istəyənlərin evli və ya subay olması əhəmiyyətli deyil. Çünki dini nikah kəsilir.
Suriyeli Kadınlar, Katalogtan Kuma Olarak… haberler
İnterpress.az