REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq – BƏYANATbackend

REAL müxalifətin 26 yanvar mitinqinə qatılmayacaq – BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

REAL – Respublikaçı Alternativ Partiyası müxalifətin növbəti mitinqində iştirak etməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.

Bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdə REAL sədri İlqar Məmmədovun çıxışı partiyanın münasibətini cəmiyyətə yetərincə çatdırıb.

Qeyd olunub ki, növbəti mitinqdə iştirak edərək mövqeyin təkrarlanmasına indiki mərhələdə ehtiyac görülmür: “Buna baxmayaraq sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik”.

Xatırladaq ki, Milli Şura və bəzi siyasi partiyaların nüyaəndələri yanvarın 26-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakmiyyətinə (BŞİH) müraciət edib. BŞİH hələ ki, müraciətə cavab verməyib.

İnterpress.az