Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha dörd kredit ittifaqının lisenziyası ləğv olunub. Beləliklə, Palatanın reyestrinə daxil olan kredit ittifaqlarının sayı 61-dən 57-yə düşüb.
İnterpress.azxəbər verir ki, ləğv edilən kredit ittifaqları Şəki şəhərindəki “Küngüt”, Gədəbəy rayonundakı “Qoşabulaq”, Füzuli rayonundakı “S.A.F.” və Qəbələ rayonundakı “Vəndam” kredit ittifaqlarıdır.
Palata “Birkart” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verdiyindən BOKT-ların sayı 46 olub.
İnterpress.az