Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb.
İnterpress.az xəbər verir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli \”Report\”a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş \”Məhsul\”) mitinq keçirməsinə razılıq verilməyib.
\”Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktubunu müzakirə edərək müvafiq qərar verəcək\”, – R.Əhmədli bildirib.
Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib.
İnterpress.az