Azərbaycanlı yazıçı Bakıda hüquqşünasla görüşdü – FOTObackend

Azərbaycanlı yazıçı Bakıda hüquqşünasla görüşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Milli Hüquq Evinin ofisində İsveçdə yaşayan yazıçı-publisist, Azərbaycan diaspor nümayəndəsi Eluca Atalı ilə görüş keçirilib.

Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov ilk öncə hörmətli qonağı salamladıqdan sonra Eluca Atalının ictimai fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan həqiqətlərinin, xüsusən də Xocalı soyqırımının tanınmasında Eluca Atalının müstəsna xidmətləri var.

Daha sonra Eluca Atalının Azərbaycan naminə gördüyü böyük işlərdən danışıblar.

Görüşün sonuna yaxın azərbaycanlı yazar yenicə yazıb tamamladığı beş pərdəli tarixi \”Nalşəkilli mühasirə\” dramını Nicat Gözəlova ürək sözlərini yazaraq təqdim edib. O bildirib ki, əsərdə hadisələr I dünya savaşının Anadolu cəbhəsindəki rus qoşununun yerləşdiyi hərbi qərargahdan başlayır.

Eluca xanım səmimi görüşə görə Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlova minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

Azərbaycanlı yazıçı Bakıda hüquqşünasla görüşdü - FOTO

Azərbaycanlı yazıçı Bakıda hüquqşünasla görüşdü - FOTO

İnterpress.az