Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
FHN-dən İnterpress.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Əhmədov Şamil Şiraz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
İnterpress.az