Samuxda narkotik alverçisi tutuldubackend

Samuxda narkotik alverçisi tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayon sakininin evindən satmaq üçün qurutduğu 33 kiloqramdan artıq marixuana aşkar edilib.

İnterpress.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Samux rayon sakini Xaliq Mustafayev saxlanılıb.

Onun evinə baxış zamanı 33 kiloqram 685 qram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri şəxsi təsərrüfatında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq X.Mustafayevin evindən müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Baş İdarənin əməkdaşları tərəfindən istintaq tədbirləri davam etdirilir.

İnterpress.az