Sabiq erməni deputatın restoranında atışma olub, ölən və yaralananlar varbackend

Sabiq erməni deputatın restoranında atışma olub, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq deputatı Melik Manukyana məxsus restoranda atışma olub, ölən və yaralananlar var.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə Abovyanda yerləşən \”Partez\” restoran kompleksində baş verib. Hadisədən sonra olay yerində çox sayda güllə və giliz, qan izləri, \”Makarov\” və TT tipli tapançalar aşkar edilib.

Ölən şəxsin və 8 yaralının kimliyi müəyyənləşdirilir.

Fakt üzrə cinayət işi açılıb.

Mənbənin verdiyi məlumata görə, yaralılar arasında M.Manukyanın qohumları da var.

İnterpress.az