Rusiyanın Qaraçay-Çərkəz Respublikasının rəhbəri Azərbaycana gələcəkbackend

Rusiyanın Qaraçay-Çərkəz Respublikasının rəhbəri Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

İqtisadiyyat Nazirliyindən İnterpress.az-a verilən məlumatda bildirilir ki, səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Qaraçay-Çərkəz arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.

Nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.

İnterpress.az