Türkiyənin paytaxtı Ankarada \”FETÖ\” terror təşkilatı ilə mübarizə çərçivəsində növbəti əməliyyat keçirilib.
İnterpress.az-ın məlumatına görə, əməliyyat nəticəsində Hərbi Hava Qüvvələrinin 48 pilotu saxlanılıb.
Saxlanılanlar arasında 3 polkovnik, 4 mayor və 4 leytenant olub.
Qeyd olunur ki, saxlanılan pilotlar \”FETÖ\” ilə sıx əlaqədə olublar.
İnterpress.az