İran 12 ballistik raketini nümayiş etdirdibackend

İran 12 ballistik raketini nümayiş etdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın paytaxtı Tehranda 12 ballistik raket nümayiş etdirilib.

İnterpress.az-ın məlumatına görə, İran inqilabının 40 illiyi münasibəti ilə “İqtidar 40” adlı təşkil olunan hərbi sərgidə 12 ballistik raket, o cümlədən \”Xürrəmşəhr\”, \”Siccil\”, \”Qədr F\” və \”Qədr H\”, \”Qiyam\”, \”Şəhab 1\”, \”Şəhab 2\”, \”Zilzal\”, \”Zülfüqar\”, \”Hörmüz\” və \”Fars Körfəzi\” raketləri sərgilənir.

Bununla yanaşı, İranın \”Tufan M-3\” və \”Tufan-7\” zirehli vasitələr əleyhinə yeni raketlərinin təqdimatı keçirilib.

İranın Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri sərgiyə baxış keçirərkən təqdim olunan hərbi vasitələrin İran ordusunun nailiyyətlərinin bir hissəsi olduğunu deyib.(trend)

İnterpress.az