Abdullah Ərən: “Azərbaycanın Qarabağ savaşındakı zəfəri Türk dünyasına mənəvi güc verdi” – VİDEOMÜSAHİBƏ backend

Abdullah Ərən: “Azərbaycanın Qarabağ savaşındakı zəfəri Türk dünyasına mənəvi güc verdi” – VİDEOMÜSAHİBƏ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə və Azərbaycanın diaspor təşkilatları Qarabağ savaşı zamanı xaricdə müxtəlif birgə tədbirlər keçirdilər”.

Bu fikirləri Yenicag.az və Diasporpress.az-a verdiyi özəl müsahibədə Türkiyə ilə Azərbaycan arasında mövcud əməkdaşlığı və onun gələcək perspektivlərini dəyərləndirən Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən deyib.

Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan Abdullah Ərən YTB ilə Azərbaycan diaspor təşkilatı arasında ciddi əməkdaşlığın qurulduğunu bildirib:

“Türkiyə ilə Azərbaycanın münasibətləri hər sahədə ciddi şəkildə inkişaf etməkdədir. Biz də YTB olaraq öz fəaliyyət sahəmizdə, yəni təhsil və mədəniyyət layihələri, həmçinin sosial fəaliyyətlərlə bu əməkdaşlığı inkişaf etdirməyə çalışırıq.

Bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla əməkdaşlıq imkanlarını dəyərləndirdik, Türkiyədə görüşdük, protokol imzaladıq, Berlində, Nyu-Yorkda toplantı keçirdik. Həqiqətən, çox ciddi əməkdaşlığımız var.


44 günlük Qarabağ Savaşı zamanı mən də Azərbaycana getdim. Həm Bakıda, həm Gəncədə müxtəlif yerləri ziyarət etdik. Türkiyədə təhsil almış Polad Həşimov kimi qəhrəmanlarımızın ailələrini ziyarət etdik, onlara başsağlığı verdik. Fuad bəylə birlikdə Gəncəyə getdik, mülki şəxslərin öldürüldüyü yerləri gördük. Bu mənada, həqiqətən də, diaspor ilə çox ciddi əməkdaşlığımız var”.

İki ölkə arasındakı əlaqələrin Qarabağ savaşı zamanı daha da genişləndiriıdiyini vurğulayan YTB sədri Türkiyədə təhsil alan 150 azərbaycanlı tələbəyə hər il təqaüd verildiyini qeyd edib:

“Xocalı qətliamının ildönümündə də soyqırımı anmaq üçün və 1905-ci ildə baş verən hadisələr fonunda ermənilərin iddialarını çürütmək üçün onlayn semianr təşkil etdik.

Qısacası, diaspor sahəsində çox ciddi əməkdaşlıq etməyə çalışırıq. Türkiyə və Azərbaycan diaspor təşkilatları birlikdə Qarabağ savaşı zamanı xaricdə müxtəlif tədbirlər keçirdilər. Azərbaycanda Türkiyədən təhsil almış şəxslər var ki, onların yaxın zamanda, inşallah, işləyən dərnək olmalarını arzu edirik. Təqaüd üçün hər il 2 minə yaxın şəxs müraciət edir, təxminən, 150 tələbəyə də təqaüd verilir”.

Abdullah Ərən Qarabağ zəfərinin Türk dünyasına mənəvi güc verdiyini bildirərək türk dövlətlərinin yxın gələcəkdə birlikdə olcağını diqqətə çatdırıb.

YTB sədri ilə videomüsahibəni təqdim edirik:

 

İnterpress.az