Abdullahian qapalı görüşlərdə Azərbaycandan nə istəyib?backend

Abdullahian qapalı görüşlərdə Azərbaycandan nə istəyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün Bakıya səfər etdi.
Azərbaycan XİN başçısı Ceyhun Bayramovla cənab Abdullahian görüşdən sonra mətbuat önünə çıxdılar.

Mətbuat konfransında verilən bəyanatların ümumi məzmunundan aydın oldu ki, Bakı-Tehran münasibətlərində iqtisadi prioritetlər ortaq maraqlar yaradır.

Siyasi məsələlərdə isə fikir ayrılıqları qalır. Məsələn, Hüseyn Əmir Abdullahian belə bir fikir səsləndirdi:

“Regionda olan problemlərə üçüncü ölkələr müdaxilə etməməlidir” (İsrailə ünvanlanan mesaj).

İqtisadi əlaqələrin şaxələndirilməsi yaxşı haldır, bu, siyasi problemləri də arxa plana atır.

Əslində İranda prezidentlik institutunun üzərinə qoyulan öhdəliklərin ana xəttini xarici ölkələrlə iqtisadi münasibətlərin tənzimlənməsi təşkil edir. Bu mənada Abdullahianın “İran Prezidenti İbrahim Rəisinin prioritetlərində Azərbaycanla münasibətlər xüsusi yer tutur” deməsi daha çox iqtisadi prioritetlərin elanıdır.

Abdullahianın səfərində digər məqsəd bu idi ki, İran yenidən ali dini rəhbərin Azərbaycan üzrə nümayəndəsini ölkəmizə göndərsin (Bakı-Tehran münasibətlərində gərginlik yarananda Ocaqnejad Azərbaycandan qaçmışdı. İndi bu post boş qalıb).

Şübhə yeri qalmır ki, İran tərəfi qapalı görüşlərdə bu məsələni qaldırıb.

Azərbaycan tərəfinin bu təklifi qəbul edib-etmədiyini deyə bilmərik, amma qəbul edərsə, bunun üçün şərtlər ortaya qoyur.

Yəni deyir ki, ali dini liderin nümayəndəsinin fəaliyyət dairəsi və funksiyası məhdud çərçivədə olsun, Azərbaycan dövlətinə qarşı ideoloji mühərrikə çevrilməsin.

NƏTİCƏ: İqtisadi maraqlar iki ölkənin münasibətləri üçün stimullaşdırıcı amildir. Bu, çox yaxşıdır.

Bu maraqların Zəngəzur dəhlizinə, Qarabağ və Şərqi Zəngəzura daşınması üçün təşəbbüslər də alqışlanmalıdır.

Siyasi məsələyə gəlincə, görünür ki, hələ gələcəkdə başqa gərginliklər olacaq, amma yoluna qoyulacaq.