ABŞ bütün qırğınlara baxmayaraq İsrailə silah dəstəyini davam etdirirbackend

ABŞ bütün qırğınlara baxmayaraq İsrailə silah dəstəyini davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İsrailin Qəzzaya hücumuna başlayandan bəri İsrailə minlərlə hərbi təchizat, o cümlədən döyüş sursatı, nəqliyyat vasitələri, silahlar, qoruyucu avadanlıqlar və tibbi ləvazimatlar verib. ABŞ ordusu İsrailin Qəzzada törətdiyi qırğına dəstəyini davam etdirir.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İsrailin Qəzzaya humanitar böhrana səbəb olan hücumlarına ABŞ-ın verdiyi hərbi dəstək bir daha diqqət çəkib.

ABŞ oktyabrın 7-dən bəri İsrailə minlərlə ton hərbi texnika verib, döyüş gəmiləri göndərib və kəşfiyyat dəstəyi verib.

ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri Aaron Bushnell Qəzzadakı soyqırımına tərəf olmayacağını deyərək Vaşinqtondakı İsrail səfirliyi qarşısında özünü yandırdıqdan sonra İsrailin ABŞ-dan aldığı hərbi yardım və dəstək müzakirə mövzusu olub.

Oktyabrın 7-dən İsrail ABŞ-dan silah və sursatdan tutmuş yüksək səviyyəli komandirlər üçün məsləhətçiliyə qədər bir çox sahədə dəstək alıb.