ABŞ-da iğtişaşlarda 200-dən çox ticarət və iaşə obyekti talan edildibackend

ABŞ-da iğtişaşlarda 200-dən çox ticarət və iaşə obyekti talan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Minneapolis şəhərində baş verən iğtişaşlar nəticəsində 200-dən çox bina, ictimai-iaşə obyektləri dağıdılıb və talan edilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə yerli “Minneapolis Star Tribune” qəzeti məlumat verib.

Qəzet yazır ki, binaların əksəriyyəti baş verən yanğınlar nəticəsində tamamilə yararsız hala düşüb.

İğtişaşlar nəticəsində aptek, supermarket, geyim mağazaları, bərbərxanalar, yanacaqdoldurma məntəqələri, avtomobil təmiri sexləri, restoranlar daha çox zərər görüb.

Qeyd edək ki, Minneapolis şəhərində polis qaradərili vətəndaş Corc Floydu saxlayarkən amansız hərəkətlərə yol verib. Həbs zamanı ağır çəkili polis dizini C.Floydun boynuna basıb. O, nəfəs ala bilmədiyini desə də, polis buna əhəmiyyət verməyib. Nəticədə, afroamerikalı boğularaq ölüb. Bundan dərhal sonra isə hadisənin baş verdiyi şəhərdə etiraz aksiyaları başlayıb.

İnterpress.az