ABŞ dövlət katibi və Qazaxıstan XİN başçısı arasında telefon danışığı olubbackend

ABŞ dövlət katibi və Qazaxıstan XİN başçısı arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken və Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi arasında telefon danışığı olub.

Bu barədə amerikan diplomatiyasının rəhbəri tviterdə yazıb.

“Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi və mən mühüm məsələləri, o cümlədən Qazaxıstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyimiz və qarşıdan gələn Genişləndirilmiş Strateji Tərəfdaşlıq Dialoqumuzu müzakirə etdik”, – ABŞ xarici siyasət idarəsinin rəhbəri qeyd edib.