ABŞ dövlət katibinin müavini Vendi Şerman Almaniya, Böyük Britaniya, Fransa, İtaliya hakimiyyətlərinin nümayəndələri ilə Rusiya və Belarusa qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, görüşdə Fransa, İtaliya Almaniya xarici işlər nazirliklərinin baş katibləri və Böyük Britaniya xarici işlər nazirinin müavini Ceyms Kleverli də iştirak edib. Görüş iştirakçıları Çn də daxil olmaqla bütün dövlətlərin Rusiyaya könüllü olaraq maddi yardımdan imtinasını də müzakirə ediblər.
Tərəflər qeyd ediblər ki, Ukraynada humanitar vəziyyət pisləşir. Onlar Ukraynadakı hərbi münaqişə səbəbindən qlobal səviyyədə ərzaq təhlükəsizliyinin nəticələrini də müzakirə ediblər. Tərəflər Rusiyanın qlobal miqyasda təcrid olunması üçün koordinasiyalı fəaliyyət göstərmək məsələsi ilə bağlı razılaşıblar.
V.Şerman vurğulayıb ki, ABŞ Ukraynada atəşkəsə nail olmaq üçün diplomatik səyləri dəstəklədiyini bir daha təsdiqləyib.