ABŞ nümayəndələri girov razılaşması əldə olunana qədər Misiri tərk etməyəcək – “Axios”backend

ABŞ nümayəndələri girov razılaşması əldə olunana qədər Misiri tərk etməyəcək – “Axios”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ nümayəndələri girov razılaşması əldə olunana qədər Misiri tərk etməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, ABŞ prezidentinin xüsusi elçisi Uitkoff və ABŞ liderin kürəkəni Kuşner Misirdə İsrail və HƏMAS arasında keçirilən dolayı danışıqlarda girovların azad edilməsi və Qəzzada atəşkəs razılaşması əldə olunmayınca ölkəni tərk etməyəcəklər.

Onlar bu gün səhər Misirə gəliblər. Səfərdən öncə Tramp ilə görüşərək danışıqların gedişi barədə məlumat veriblər.

“Axios” mənbələrinin bildirdiyinə görə, razılaşmanın bu həftə əldə olunacağına ehtiyatlı optimizm mövcuddur, lakin ABŞ nümayəndələri “lazım gəldiyi qədər” Misirdə qalmağa hazırdırlar.

Danışıqlar Uitkoff və Kuşnerin gəlişinə qədər “texniki səviyyədə” aparılırdı.

Xuraman Etibarlı

İnterpress.az