ABŞ Qəzza zolağında üzən körpüdən istifadə etməkdən İMTİNA ETDİbackend

ABŞ Qəzza zolağında üzən körpüdən istifadə etməkdən İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Qəzza zolağında üzən körpüdən istifadə etməkdən imtina edib.

interpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. ABŞ silahlı qüvvələri Qəzza zolağına humanitar yüklərin çatdırılması nəzərdə tutulan üzən estakadanın tikintisinin tamamlandığını elan edib.

Agentlik bildirir ki, sektorun sakinləri üçün humanitar yardımın Aşdod limanı vasitəsilə çatdırılması qərara alınıb.

Qeyd edilir ki, yığılmış konstruksiya Aralıq dənizi çalxalanmasına tab gətirə bilməyib.

Sözügedən liman mayın 17-də fəaliyyətə başlayıb. Müvəqqəti limanın tikintisi üçün ABŞ-nin xərcləri 320 milyon dollar təşkil edib.

Xuraman Etibarlı

İnterpress.az