ABŞ Rusiya hakimiyyətindən təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavab alıb.
İnterpress.az xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
“Biz Rusiyadan yazılı təsdiq aldığımızı təsdiqləyə bilərik”, – ABŞ rəsmilərindən biri bildirib.
Bundan əvvəl ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bildirib ki, Vaşinqton Rusiya hakimiyyətinin ABŞ-ın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə yazılı cavabına reaksiyasını gözləyir.
“ABŞ Rusiya ilə təhlükəsizlik məsələlərində dialoqa tam sadiqdir, müttəfiqləri və tərəfdaşları, o cümlədən Ukrayna ilə məsləhətləşmələri davam etdirəcək”, – Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Birləşmiş Ştatlar Rusiyanın təhlükəsizlik zəmanətlərinə cavabını ictimai məkanda müzakirə etməyi səmərəsiz sayır, seçimi rəsmi Moskvaya buraxır.