ABŞ-ın İsraildəki səfirliyinin əməkdaşı Qüdsdəki mənzilində ölü tapılıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın İsraildəki səfirliyinin əməkdaşı dünyasını dəyişib.
Səfirlik sözçüsü açıqlamasında ABŞ hərbçisinin həyatını itirdiyini təsdiqləyib, lakin hadisə ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.
Sözçü həyatını itirən şəxsin ABŞ səfiri Cek Lyu olmadığını bildirib və “hər hansı bir zərərli hərəkətdən şübhələnmədiklərini” deyib.
İsrail mətbuatında çıxan xəbərlərdə səfirlik əməkdaşının Qüdsdə bir mənzildə ölü tapıldığı bildirilib.