ABŞ Suriyanın şərqində əməliyyat keçirib, 2 terrorçu məhv edilibbackend

ABŞ Suriyanın şərqində əməliyyat keçirib, 2 terrorçu məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbçiləri Suriyanın şərqində İŞİD-in iki nümayəndəsinin məhv edilməsi ilə nəticələnən əməliyyat keçirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri dekabrın 11-də yerli vaxtla saat 02:57-də Suriyanın şərqində uğurlu helikopter reydi keçirib, nəticədə iki İŞİD üzvünü məhv edib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, İŞİD-in iki üzvünün məhv edilməsi terror təşkilatının Yaxın Şərqdə “sabitliyi pozan hücumlar” planlaşdırmaq və həyata keçirmək qabiliyyətini pozacaq.

CENTCOM əlavə edib ki, ilkin məlumatlara görə, mülki əhali arasında itkilərin qarşısı alınıb.