ABŞ və Britaniyadan Cənub-Şərqi Asiyada kiberşəbəkəyə TARİXİ ZƏRBƏbackend

ABŞ və Britaniyadan Cənub-Şərqi Asiyada kiberşəbəkəyə TARİXİ ZƏRBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Böyük Britaniya Cənub-Şərqi Asiyada kiber cinayətkarlara qarşı tarixdə ən böyük əməliyyat həyata keçirib.

İnterpress.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi və Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) Böyük Britaniya hökuməti ilə birlikdə Cənub-Şərqi Asiyada fəaliyyət göstərən transmilli cinayət şəbəkələrinə qarşı indiyədək ən genişmiqyaslı tədbirlər görüb.

İki ölkə Kambocada yerləşən və kiberfırıldaqçılıq, çirkli pulların yuyulması, insan alveri və müasir qul əməyində iştirak edən Prince Group adlı şəbəkəyə sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, son illərdə onlayn dələduzluqlardan gələn zərərlər fasiləsiz artır və artıq 16,6 milyard dolları ötüb.

Təkcə 2024-cü ildə amerikalı vətəndaşlara qarşı investisiya fırıldaqçılıqlarından 10 milyard dollardan çox zərər dəyib.

Bu sxemlərin əksəriyyəti Prince Group-un fəaliyyətinə bənzər kiberhücumlarla bağlıdır.

Xuraman Etibarlı

İnterpress.az