ABŞ və Filippin nüvə enerjisi sahəsində əməkdaşlıq paktı imzalayıbbackend

ABŞ və Filippin nüvə enerjisi sahəsində əməkdaşlıq paktı imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Filippinlə daha təmiz enerjiyə keçid və enerji resurslarını artırmaq üçün bu ölkəyə sərmayə qoymağa imkan verən nüvə əməkdaşlıq paktı imzalayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. San-Fransiskoda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində ABŞ, Filippin prezidenti kiçik Ferdinand Markos və ABŞ dövlət katibi Entoni Blinken nüvə enerjisi sahəsində əməkdaşlıq paktını imzalayıblar.

“Biz bilirik ki, nüvə enerjisi 2032-ci ilə qədər Filippinin enerjisinin bir hissəsinə çevriləcək. ABŞ ilə birlikdə bu yolu getdiyimiz üçün çox xoşbəxtik”, – Kiçik Markos bildirib.

Müqavilə Filippinə daha təmiz enerjiyə keçid və elektrik təchizatını artırmaq üçün bu ölkəyə sərmayə qoymağa imkan verir.