Abxaziya Ermənistana XƏBƏRDARLIQ ETDİbackend

Abxaziya Ermənistana XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abxaziya Ermənistanı “Gürcüstanın mifik ərazi bütövlüyü haqqında” ifadələr işlətməməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Abxaziya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu il iyulun 3-ü Ermənistan xarici işlər nazirinin Tbilisiyə səfəri zamanı Gürcüstan və Ermənistanın xarici işlər nazirləri İlya Darçiaşvili və Ararat Mirzoyanın qarşılıqlı dəstək və ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı bəyanatlarına diqqət yetirdik.

Bununla əlaqədar olaraq biz bəyan etməyi zəruri hesab edirik ki, Abxaziya Respublikası müstəqil dövlətdir, onun suveren statusu Abxaziya Respublikasının 1994-cü il Konstitusiyasında təsbit edilmiş və 1999-cu ildə “Dövlət Müstəqilliyi haqqında” Aktla təsdiq edilmişdir. Abxaziya Respublikası, xalq referendumunun nəticələrinə görə qəbul edilib.

Bununla bağlı biz erməni tərəfini Gürcüstanın mifik ərazi bütövlüyü ilə bağlı obyektiv reallığa zidd olan stereotip ifadələr işlətməməyə çağırırıq.

BMT Baş Assambleyasında “Abxaziya və Cənubi Osetiyadan olan məcburi köçkünlərin və qaçqınların vəziyyəti” ilə bağlı tamamilə qərəzli qətnamənin lehinə səsvermə zamanı Ermənistan tərəfinin mövqeyində ciddi dəyişikliyə də diqqət çəkdik.

Respublikamızın müstəqilliyinin bərqərar olması və möhkəmləndirilməsi prosesində Abxaziya erməni diasporunun mühüm yer tutmasına baxmayaraq, Ermənistan nümayəndələrinin ilk dəfə olaraq bu qətnamənin lehinə səs verməsi həyəcan doğurur. Abxaziyanın erməni diasporunun bir çox nümayəndələri Respublikamızın görkəmli vətənpərvərləridir və abxaz xalqı ilə çiyin-çiyinə, silah-sursatla ölkəmizin müstəqilliyini gürcü təcavüzkarlarından qorumuşlar. Biz ümidliyik ki, yaxın gələcəkdə Ermənistan rəhbərliyi mövcud vəziyyətdən düzgün nəticə çıxaracaq və bu məsələ ilə bağlı mövqeyində düzəlişlər edəcək”, – bəyanatda bildirilib.

Xuraman Etibarlı

İnterpress.az