18 yaşlı Adam Kadırov Zelenskini tapıb Qroznıya “müharibə cinayətkarı kimi” gətirəcəyinə söz verib.
İnterpress.az xəbər verir ki, Çeçenistan rəhbərinin 18 yaşlı oğlu Adam Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt bəyanatla çıxış edib.
Məlumata görə, kiçik Kadırov Zelenskinin Ramzan Kadırovun saxlanılması barədə fikirlərinə reaksiya verərək, onu “hərbi cinayətkar” kimi Qroznıya gətirməklə hədələyib.
O bildirib ki, əgər Rusiya rəhbərliyi və ya atası əmr verərsə, Ukrayna Prezidentini tapmaq sadəcə zaman məsələsidir.
Adam Kadırov Ukrayna liderini “kiyevli narkoman” və “təlxək” adlandırıb:
“Əgər Ali Baş Komandan Vladimir Putin və ya atam bir kəlmə desə, səni hər yerdə tapacağıq. Biz əməliyyat elan etməyəcəyik, sadəcə gəlib səni aparacağıq. Hazırlaş, aktyor. Tamaşanın finalını biz yazacağıq və o, heç də komediya olmayacaq”.
Xuraman Etibarlı
İnterpress.az






