AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcəkbackend

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı bəlli olub.

İnterpress.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı fevralın 2-də “Baku Marriott Hotel Boulevard” otelində gerçəkləşəcək.

Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.

Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

– Prezident tərəfindən iclasın açıq elan edilməsi;

– Konfransın tərkibinin yoxlanılması;

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

– Maliyyə hesabatlarının təsdiq olunması;

– Müstəqil auditorun hesabatını nəzərə almaq;

– Hər hansı vakant vəzifəyə seçkilər;

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

– Digər məsələlər.

Konfransa giriş dəvətnamə ilə olacaq.

Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.