Ağdamda düşmən mərmiləri böyük dağıntılara səbəb olubbackend

Ağdamda düşmən mərmiləri böyük dağıntılara səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusu Ağdamı atəşə tutmağa davam edir.

Bu gün günorta saat 12-ə kimi rayon ərazisinə 350-ə yaxın mərmi düşüb. 27 evə ciddi ziyan dəyib, onlardan bir neçəsi dağılıb. Bir orta məktəbə və bir musiqi məktəbinə ciddi ziyan dəyib.

Bir avtomobilin yanına mərmi düşməsi nəticəsində avtomobildə olan iki şəxs yaralanıb. Məcburi köçkün Qənimət Quliyevanın həyətinə də mərmi düşüb. Yarımtikililərə və “Mercedes” markalı avtomobilə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

 

İnterpress.az