Aİ filtrli siqaretlərin satışını QADAĞAN EDƏCƏKbackend

Aİ filtrli siqaretlərin satışını QADAĞAN EDƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ filtrli siqaretlərin satışını qadağan etməyə hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa İttifaqında filtrli siqaretlərin satışının qadağan olunması planlaşdırılır.

Qadağa layihəsi hələ rəsmi olaraq dərc edilməsə də, sənədin Avropa Komissiyasından sızdığı bildirilir.

Təşəbbüsə Ümumdünya Səhiyyə Təşkilatı da dəstək verir.

Təklifin əsas arqumenti ekoloji səbəblərlə bağlıdır: hər il təbiətə milyardlarla filtrli siqaret kötüyü atılır və bu, ətraf mühitin ciddi çirklənməsinə səbəb olur. Lakin əleyhdarlar hesab edirlər ki, filtrlərsiz siqaretlər daha çox qətran və toksin udulmasına gətirib çıxara bilər.

Eyni zamanda, Aİ-də tütün satışının müəyyən ildən sonra doğulanlara tam qadağan edilməsi ideyası da müzakirə olunur.

Bu model bir müddət əvvəl Yeni Zelandiyada tətbiq edilsə də, “qara bazar”ın artması səbəbindən ləğv edilmişdi.

Məsələ ilə bağlı yekun qərar 17 oktyabrda Aİ ölkələrinin işçi görüşündə müzakirə ediləcək.

Xuraman Etibarlı

İnterpress.az