“Aİ strateji olaraq Rusiya enerjisindən imtina etməlidir”backend

“Aİ strateji olaraq Rusiya enerjisindən imtina etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aİ strateji olaraq Rusiya qazı və karbon yanacaqlarından imtina etməli, onları bərpa olunan mənbələrlə əvəz etməlidir”.

İnterpress.az xəbər verir ki, bunu cümə axşamı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin Versalda fövqəladə sammitinə gələrkən deyib.

“Sammitdə biz Avropanın müdafiəsini nəzərdən keçirəcəyik, onun imkanlarını gücləndirəcəyik, enerj məsələsinə yenidən baxacağıq. Biz Rusiyanın enerji resurslarından asılılıqdan qurtulmalıyıq və bunun üçün bərpa olunan enerji mənbələrinə irimiqyaslı sərmayələr qoymalıyıq”, – o, bildirib.

Qeyd edək ki, martın 8-də Avropa Komissiyası 2030-cu ilə qədər Rusiyanın enerji resurslarından mərhələli şəkildə imtina planını təqdim edib.