Aİ Xorvatiyanın Şengen zonasına üzvlüyünü təsdiqləyibbackend

Aİ Xorvatiyanın Şengen zonasına üzvlüyünü təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib və ümidvar olduqlarını bildiriblər ki, Bolqarıstan və Rumıniya 2023-cü ildə buna nail ola biləcəklər.

bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Brüsseldəki sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləmişik. Ümid edirik ki, Bolqarıstan və Rumıniya 2023-cü ildə Şengenə qoşulacaq”, – o deyib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, AK Bolqarıstan və Rumıniyanın ən qısa zamanda Şengenə qoşulmasını təmin etmək üçün əlindən gələni edəcək.

Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də Brüsseldə keçirilən iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Niderlandın səsləri ilə rədd edilib.