ABŞ-ın “Alaska Air” aviaşirkəti “Hawaiian Airlines”ı borclar da daxil olmaqla 1,9 milyard dollara almaq barədə razılığa gəldiyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ-ın “Alaska Air” aviaşirkəti “Hawaiian Airlines”ı borclar da daxil olmaqla 1,9 milyard dollara almaq barədə razılığa gəldiyini açıqlayıb.
“Alaska Air”in rəsmi internet saytındakı açıqlamada “Hawaiian Airlines”ın 900 milyon dollarlıq borcu da daxil olmaqla şirkətə 1,9 milyard dollar ödəniləcəyi qeyd edilib.
Açıqlamada birləşən iki şirkətin öz adları altında fəaliyyətlərini davam etdirəcəkləri və ümumilikdə 138 fərqli istiqamətə uçuş təmin etmək səlahiyyətinə sahib olacağı bildirilib.
Havay Hava Yollarının Honoluluda yerləşən uçuşlarına davam edəcəyi qeyd edilərək, Havayın cazibə mərkəzi olaraq böyüməyə davam edəcəyi vurğulanıb.
Bildirilib ki, müqavilə həm ABŞ aviaşirkətlərinin direktorlar şuraları, həm də “Hawaiian Holding” səhmdarları tərəfindən təsdiqləndikdən sonra tam birləşmə 12-18 ay ərzində başa çatacaq.