Alen Simonyan Rusiyanın dağılacağını gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.
Ermənistan parlamentinin sədri Alen Simonyan Baltikyanı ölkələrin parlamentariləri ilə qapalı görüşdə Rusiyanı sərt tənqid edib. Bu, hətta bu ölkələrin nümayəndələri arasında çaşqınlıq yaradıb.
Xatırladaq ki, yanvarın 23-də Ermənistan parlamentinin sədri Alen Simonyan Şimal-Baltik Səkkizliyi əməkdaşlıq formatı ölkələrinin parlament sədrləri və sədr müavinlərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nəşr qeyd edir ki, Alen Simonyan Rusiyanı Ukrayna prezidenti Volodimir Zelenskinin edə biləcəyindən daha sərt tənqid edib.
Baltikyanı ölkələrdən birinin parlamentinin nümayəndəsi “Joqovurd”a bildirib ki, Simonyan işıqlandırılmayan görüşdə bəyan edib ki, “Rusiya məğlub olmalı, məhv edilməlidir ki, bizim (Ermənistan – red.)və Baltikyanı ölkələr üçün hər şey yaxşı olsun”.
Alen Simonyan həmçinin əlavə edib ki, “Rusiyanın dağılması Ermənistan və Baltikyanı ölkələr üçün yaxşı perspektivlər aça bilər”.
Simonyanın sözləri xarici siyasət dairələrində ziddiyyətli reaksiyaya səbəb olub. Hətta Baltikyanı ölkələrin nümayəndələrində erməni spikerin belə bir bəyanatla çıxış etməsi çaşqınlığa səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az