Ali Məhkəmənin keçmiş sədri fahişəlik və vergidən yayınmada İTTİHAM EDİLDİbackend

Ali Məhkəmənin keçmiş sədri fahişəlik və vergidən yayınmada İTTİHAM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eks-məhkəmə sədri fahişəlik şəbəkəsini “himayə etməkdə” və yarım milyardlıq vergidən yayınmada ittiham ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Ali Məhkəmənin keçmiş sədr müavini və Hakimlər Şurasının sabiq rəhbəri Viktor Momotov və yaxın çevrəsi təxminən yüzə yaxın daşınmaz əmlaka, o cümlədən səkkiz otelə sahib olub.

İstintaq versiyasına əsasən, həmin otellərdə intim xidmətlər göstərilib.

Momotov, həmçinin, “lazımi” məhkəmə qərarları vasitəsilə ortaqlarına torpaq sahələri almaqda yardım edib və gəlirləri gizlətmək üçün biznesini bölüb.

Dövlətə dəymiş zərər 500 milyon rublu (təxm. 10 milyon 436 min man) keçir.

Prokurorluq onun əmlakının müsadirə olunmasını tələb edir.

Hazırda Momotova qarşı cinayət işi açılmayıb. Bunun üçün İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin sanksiyası tələb olunur.

Xuraman Etibarlı

İnterpress.az