Alimlərdən gözlənilməz RƏY: Yay günəşi D vitamini çatışmazlığını BƏRPA ETMİRbackend

Alimlərdən gözlənilməz RƏY: Yay günəşi D vitamini çatışmazlığını BƏRPA ETMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər müəyyən ediblər ki, yay günəşi D vitamini çatışmazlığını bərpa etməyə kömək etmir.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nyukasl Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmaya görə, yay günəşi bədəndəki D vitamini çatışmazlığını tam bərpa etməyə kömək etmir.

Tədqiqatçılar 299 könüllünün qan analizlərini müntəzəm olaraq yoxlayaraq bu qənaətə gəliblər.

Məlum olub ki, 65 yaşdan yuxarı iştirakçıların 55%-dən çoxunda, tünd dərili insanların isə 72%-dən çoxunda D vitamininin səviyyəsi tövsiyə olunan normadan xeyli aşağı olub.

Ən maraqlısı isə odur ki, qış fəslindən yaz və yaya keçid bu göstəriciləri demək olar ki, dəyişməyib və D vitamininin səviyyəsi yay aylarında da bərpa olunmayıb.

Mütəxəssislər bunu iki əsas faktorla izah edirlər. Birincisi, yaşlandıqca insan dərisi ultrabənövşəyi şüaların təsiri altında D vitaminini daha çətin sintez edir.

İkincisi, dərinin rənginə cavabdeh olan melanin piqmenti ultrabənövşəyi (UVB) şüaları qismən bloklayır.

Bu səbəbdən tünd dərili şəxslərə eyni miqdarda D vitamini sintez etmək üçün günəş altında daha çox vaxt keçirmək tələb olunur.

Xuraman Etibarlı

İnterpress.аz