Almaniya Ukraynaya zirehli transportyorlar göndəribbackend

Almaniya Ukraynaya zirehli transportyorlar göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Ukraynaya 20 “Dinqo” zirehli transportyoru və 2 ağır yükdaşıyıcı “M1070 Oshkosh” yarımqoşqu göndərib.

Bu barədə Almaniya hökuməti məlumat yayıb.

“Almaniya Ukraynaya Bundesverin ehtiyatlarında olan avadanlıq və silahlarla, o cümlədən federal hökumət tərəfindən maliyyələşdirilən sənaye ləvazimatları ilə dəstək verir”, – məlumatda qeyd edilib.

Bildirilib ki, Ukrayna Almaniyadan ümumilikdə 50 “Dinqo” zirehli transportyoru və 12 ağır yükdaşıyıcı “M1070 Oshkosh” yarımqoşqusu alıb.