Almaniya və İspaniya polisi “Hizbullah”a köməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb.
interpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Almaniya və İspaniya polisi “Hizbullah”a pilotsuz təyyarələrin hissələrini təmin etməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb.
İstintaq zamanı Livan vətəndaşlarına məxsus ispan şirkətlərinin bu hissələrin külli miqdarda alqı-satqısını həyata keçirdikləri aşkar edilib.
Xuraman Etibarlı
İnterpress.az