Nazirlər Kabinetinin ötən ilin iyun ayında təsdiqlədiyi orfoepiya normalarında nöqsanlar və səhvlər aşkar olunub.
İnterpress.az xəbər verir ki, bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli bildirib.
Belə ki, bu gün institutda yeni orfoepiya normalarının mübahisəli bəndləri ilə bağlı yekun müzakirə keçirilib.
Bildirilib ki, normalarda bir neçə bənd üzrə səhvlər müəyyən olunub və həmin səhvlər müzakirəyə çıxarılıb.
Tədbirdə dovşan, müəllim, tövbə, şəffaf, aeroport və s. bu qəbildən olan sözlərin düzgün tələffüz qaydaları ilə bağlı dilçi alimlərin, filoloqların və mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılıb.
Müzakirələr zamanı təkliflər səslənib.
Qeyd edək ki, “Azərbaycan dilinin yeni orfoepiya normaları” ötən ilin iyunun 18-də təsdiqlənib.