Ana ağlayan 3 aylıq körpəsini boğub ÖLDÜRDÜ – VİDEObackend

Ana ağlayan 3 aylıq körpəsini boğub ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ana ağladığı üçün 3 aylıq körpəsini boğaraq öldürüb.

İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarının Ujur şəhərində dəhşətli və amansız körpə qətli qeydə alınıb. Yerli sakin olan qadın ağladığı üçün öz 3 aylıq körpəsini boğaraq öldürməkdə şübhəli bilinir.

İstintaqın rəsmi məlumatına görə, qəzəblənən ana ağlayan körpənin boyun və baş nahiyəsini əlləri ilə kəskin şəkildə sıxıb.

Nəticədə havasız qalan və ağır xəsarətlər alan 3 aylıq oğlan uşağı boğularaq faciəvi şəkildə həyatını itirib.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin regional idarəsi tərəfindən uşaq qətli maddəsi ilə rəsmi cinayət işi başlanılıb və şübhəli ana dərhal saxlanılaraq nəzarətə götürülüb.

Hazırda hadisənin başvermə təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.аz