Ana və qız 40 il fərqlə eyni gözəllik müsabiqəsində QALİB GƏLDİ – FOTObackend

Ana və qız 40 il fərqlə eyni gözəllik müsabiqəsində QALİB GƏLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyada ana və qız 40 il fərqlə eyni gözəllik müsabiqəsində qalib gəliblər.

İnterpress.az xəbər verir ki, İngiltərənin Lankəşir qraflığındakı Blekpul şəhərində 20 yaşlı Tabita Bennett ötən ilin dekabrında “Miss Blekpul” titulunu qazanıb.

Bu titulu bir neçə on il əvvəl onun anası Viki də əldə etmişdi.

Onlar 97 illik “Miss England” (Miss İngiltərə) tarixində finala çıxan ilk ana-qız tandemi olublar.

Milli final 2025-ci ilin noyabrında keçiriləcək və Tabita anasının nəticəsini təkrarlamaq, hətta onu keçmək niyyətindədir. Viki vaxtilə ölkənin ən gözəl 15 qadını sırasına düşmüşdü.

Xuraman Etibarlı

İnterpress.az