Ancelina Colinin yarımçıq yeyilmiş kruassanı satışa çıxarıldıbackend

Ancelina Colinin yarımçıq yeyilmiş kruassanı satışa çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud aktrisası Ancelina Colinin Ukraynanın Lvov şəhərində qəhvəxanada olarkən yeyib bitirmədiyi kruassan milyon qrivenə (2,3 milyon rubl) satışa çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Star News” “Telegram” kanalı məlumat yayıb.

Hazırda elan saytdan silinib, lakin lotun skrinşotu qalıb. Məlumata görə, satıcı iki ildir müəssisədə xidmətçi işləyir.

“Düzünü desəm, işimə nifrət edirəm. Daha doğrusu, bu günə qədər ona nifrət edirdim”, – deyə məhsulun təsvirində deyilir.

Hollivud ulduzunun baş çəkdiyi “Lviv Croissants” kafesinin işçiləri sosial şəbəkələrdə Colinin qızılbalıq və motsarella pendiri ilə “Korolevski” kruassanı sifariş etdiyini bildiriblər. Müəssisənin menyusunda bir kruassanın qiyməti 85 qrivendir (195 rubl).