Antalyada atışma olub, ölən və yaralananlar varbackend

Antalyada atışma olub, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda polislə naməlum şəxslər arasında atışma olub.

Polisin “dayan” əmrinə tabe olmayan naməlum şəxslər avtomobildən atış açaraq 2 polisi ayağından yaralayıb.

Məlumata görə, baş verən atışmada bir şübhəli hadisə yerində ölüb, 3-ü isə yaxalanıb.

Bildirilib ki, yaralanan polislər xəstəxanaya qaldırılıb. Onların həyati təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır.