Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti seçildibackend

Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti seçilib.

İnterpress.az xəbər verir ki, o bu vəzifədə 2019-cu ildən Avropa Şurasının prezidenti vəzifəsini icra edən belçikalı siyasətçi Şarl Mişeli əvəz edib.

Qeyd edək ki, Avropa İttifaqının dövlət və hökumət başçıları Antonio Kostanın sədrliyini ittifaqın Brüsseldə keçirilən sammitində təsdiqləyiblər.

Kosta beş il müddətinə bu vəzifəyə seçilib.

Avropa Parlamenti iyulda keçiriləcək plenar iclasda Avropa Şurasının təyin etdiyi namizədləri səsverməyə çıxarmalı olavaq və bundan sonra şuranın qərarları qüvvəyə minəcək. Kosta dekabrda vəzifəsinin icrasına başlaya biləcək.