AQTA 84 müəssisədə qayda pozuntusu aşkarladı – FOTObackend

AQTA 84 müəssisədə qayda pozuntusu aşkarladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 218 ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektində reyd keçirilib.

Agentlikdən verilən məlumata görə, Bakıda, eləcə də, regionlarda fəaliyyət göstərən 63-ü ictimai iaşə obyekti, 155-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə, 218 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

 

İnterpress.az