Ata yeniyetmə oğlunu magistral yolda UNUTDU – VİDEObackend

Ata yeniyetmə oğlunu magistral yolda UNUTDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Voronej vilayətində ata yeniyetmə oğlunu magistral yolda “unudub”.

İnterpress.az xəbər verir ki, bu barədə “United Toll Collection Systems” (UTS) MMC məlumat verib.

Rusiyanın Voronej vilayətində maraqlı hadisə baş verib — ata təsadüfən oğlunu M-4 “Don” avtomagistralında qoyub gedib.

Ailə yolda dayanaraq istiqamət soruşarkən, o, söhbət etdiyi vaxt oğlan tualetə çıxıb. Bir neçə dəqiqə sonra ata yerinə oturub hərəkət edib, lakin oğlunun maşında olmadığını fərq etməyib.

Hadisəni müşahidə edən UTS şirkətinin əməkdaşları ata ilə əlaqə saxlayaraq görüş təşkil ediblər.

O, oğlunun yoxluğunu yalnız 14 kilometr məsafə qət etdikdən sonra anlayıb. Xoşbəxtlikdən, hadisə təhlükəsiz sonluqla nəticələnib.

Xuraman Etibarlı

İnterpress.az