Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Helda Şmid təşkilata qəbul olunmasının 30 illiyi münasibətilə Azərbaycanı təbrik edib.
O, bu barədə rəsmi tviter səhifəsində yazıb.
“Otuz il əvvəl ATƏM-ə (hazırda ATƏT adlanır) üzv qəbul olunmuş ölkələri təbrik edirəm. ATƏT-in onların tarixlərinin bir parçası olması ilə qürur duyur və növbəti 30 ili səbirsizliklə gözləyirik!, – H.Şmid yazıb.
Xatırladaq ki, Azərbaycan 1992-ci il yanvarın 30-da ATƏM-ə üzv qəbul olunub. 1995-ci il yanvarın 1-dən təşkilatın adı ATƏT adlandırılıb.